REGİONLAR
Kürdəmirdə 40 min hektar sahədə taxıl əkini planlaşdırılır
Kürdəmir, 1 dekabr, AZƏRTAC
Kürdəmir rayonunda payızlıq taxıl əkini davam edir. Bu günədək 6 inzibati ərazi dairəsində səpin başa çatıb.
Rayon icra hakimiyyətindən AZƏRTAC-a verilən məlumatda bildirilir ki, Şilyan, Qarasu, Atakişili, Çöhranlı, Qarasaqqal və Carlı ərazi dairələrində fermerlər və fiziki şəxslər payızlıq taxıl əkinini uğurla yekunlaşdırıblar. İlkin səpin aparılan ərazilərdə normal çıxış alınıb və hazırda zərərvericilərə qarşı mübarizə tədbirləri görülür.
Rayonda qalan 17 ərazi dairəsində taxıl əkini davam edir. Artıq 34 min hektarda səpin aparılıb. Hər gün sahələrə 80-dən çox texnika, o cümlədən 40-dan artıq səpin aqreqatı çıxarılır. Cari mövsümdə bölgədə 40 min hektar sahədə taxıl əkiləcəyi gözlənilir.