REGİONLAR
Kürdəmirdə 46 min ədəd tut tingi əkilib
Kürdəmir, 21 dekabr, AZƏRTAC
Kürdəmir rayonunda ixracyönümlü məhsullardan olan baramaçılığın inkişafı üçün cari ildən etibarən möhkəm yem bazasının yaradılması istiqamətində tədbirlər görülür. Artıq payız mövsümü üçün nəzərdə tutulan yeni tut bağlarının salınması və köhnə bağların bərpası işləri başa çatdırılıb.
Rayon icra hakimiyyətindən AZƏRTAC-a bildirilib ki, payız mövsümündə 46 min ədəd tut tingi əkilib. Bunun 40 mini Çindən alınan və Kənd Təsərrüfatı Nazirliyinin bölgüsü ilə rayona ayrılan tinglərdir. Həmin tinglər Muradxan, Karrar, Köhünlü, Mollakənd və digər ərazi nümayəndəliklərində əkilib.
Bundan başqa, daxili imkanlar hesabına əldə edilən 5 min ədəd tut tingi Meşə Mühafizəsi və Bərpası Müəssisəsi tərəfindən dövlət meşə fondu torpaqlarında, habelə kümçülərə məxsus pay torpaqlarında əkilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.04.2024 [19:30]
Güclü külək Ağstafada bir sıra fəsadlar törədib
- 19.04.2024 [18:52]
İqtisadiyyat nazirinin müavini Naxçıvanda vətəndaşların müraciətini dinləyib
- 19.04.2024 [18:50]
ADSEA sədri Zaqatalada vətəndaşlarla görüşüb
- 19.04.2024 [18:15]
“Güclü cəmiyyətin zərif simaları” layihəsinə start verilib
- 19.04.2024 [17:38]