REGİONLAR


Kürdəmirdə 566 məcburi köçkün ailəsinə ərzaq yardımı olunub

A+ A

Kürdəmir, 17 noyabr, AZƏRTAC 

Noyabrın 17-də Kürdəmirdə məcburi köçkün ailələri ilə görüş keçirilib. Görüş rayon icra hakimiyyətinin və Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin birgə təşkilatçılığı ilə reallaşıb.

AZƏRTAC xəbər verir ki, Kürdəmir Peşə Liseyində keçirilən görüşdə rayon icra hakimiyyətinin başçısı Ceyhun Cəfərov, Ədliyyə Nazirliyi Penitensiar Xidmət rəisinin birinci müavini Oqtay Məmmədov, rayon polis şöbəsinin rəisi İsmayıl Əsədov çıxış edərək, 17 Noyabr - Milli Dirçəliş Günü münasibətilə iştirakçıları təbrik edib, ölkəmizdə məcburi köçkün və qaçqınlara göstərilən dövlət qayğısından danışıblar.

Sonda rayonda məskunlaşan 566 məcburi köçkün ailəsinə ərzaq yardımı olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.