REGİONLAR


Kürdəmirdə 567 məcburi köçkün ailəsinə yardım edilib

Kürdəmir, 29 may, AZƏRTAC

28 May - Respublika Günü münasibətilə Kürdəmirdə müvəqqəti məskunlaşan məcburi köçkün ailələri ilə görüş keçirilib.

AZƏRTAC xəbər verir ki, Kürdəmir Peşə Liseyində keçirilən görüşdə rayon icra hakimiyyətinin başçısı Ceyhun Cəfərov, Ədliyyə Nazirliyi Penitensiar Xidmət rəisinin birinci müavini Oqtay Məmmədov və başqaları çıxış edərək məcburi köçkünləri bayram münasibətilə təbrik ediblər. Çıxışlarda 1918-ci ildə Şərqdə və Türk-İslam dünyasında ilk demokratik, dünyəvi dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin tarixi nailiyyətlərindən söz açılıb, ötən əsrin sonlarında dövlət müstəqilliyini bərpa edən ölkəmizin ulu öndər Heydər Əliyevin iradəsi və müdrik uzaqgörənliyi ilə keçdiyi böyük inkişaf yolundan danışıblar. Habelə bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın əldə etdiyi uğurlardan, sosial-iqtisadi sahədə qazanılan nailiyyətlərdən, məcburi köçkünlərə göstərilən dövlət qayğısından bəhs olunub.

Görüşün sonunda 567 məcburi köçkün ailəsinə yardım göstərilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.