REGİONLAR
Kürdəmirdə Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı qeyd olunub
Kürdəmir, 29 dekabr, AZƏRTAC
Dekabrın 29-da Kürdəmir Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni ilin gəlişi münasibətilə bayram tədbiri keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə rayon rəhbərliyi, əmək kollektivlərinin və aztəminatlı ailələrin nümayəndələri, veteranlar, ağsaqqallar, gənclər və idmançılar iştirak ediblər.
Rayon icra hakimiyyəti başçısının müavini Ağali Kərimli iştirakçıları qarşıdan gələn bayramlar münasibətilə təbrik edib, Dünya Azərbaycanlılarının Həmrəylik Gününün təsis olunmasında ümummilli lider Heydər Əliyevin xidmətlərindən danışıb.
Sonra 2016-cı ildə əmək fəaliyyətində fərqlənənlərə, bir qrup ziyalıya, qabaqcıl təhsil işçilərinə və idmançılara rayon icra hakimiyyətinin fəxri fərmanları verilib.
Bayram şənliyi musiqiçilərin, Şaxta babanın və Qar qızın, nağıl qəhrəmanlarının çıxışları ilə davam edib. Şaxta baba və Qar qız balacalara Yeni il hədiyyələri paylayıb.