REGİONLAR
Kürdəmirdə “Erkən nikah və onun fəsadları” mövzusunda maarifləndirici tədbir keçirilib
Kürdəmir, 29 oktyabr, AZƏRTAC
Kürdəmir şəhər 2 saylı tam orta məktəb-liseydə “Erkən nikah və onun fəsadları” mövzusunda maarifləndirici tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə rayon icra hakimiyyətinin, polis şöbəsinin nümayəndələri, mərkəzi xəstəxananın həkimləri, təhsil işçiləri, valideynlər, yeniyetmə və gənclər iştirak ediblər.
Tədbirdə rayon icra hakimiyyəti başçısının müavini Vəsilə Əsgərli çıxış edərək, erkən nikahın bu gün aktual məsələ olduğunu vurğulayıb. Qeyd edib ki, bir sıra hallarda ailə quran tərəflərin yaş həddinin aşağı olması sonradan problemlərə gətirib çıxarır. Bu kimi ailələrdə nikahın pozulması, xəstə uşaqların dünyaya gəlməsi, məişət zorakılığı, fiziki-psixoloji çətinliklər kimi hallar daha çox müşahidə olunur.
Bildirilib ki, qızların erkən yaşda ailə həyatı qurmağa məcbur edilmələri onların təhsilinə, bir fərd kimi inkişafına mane olur, psixologiyasına mənfi təsir göstərir.
Tədbirdə “Gənclərin zərərli vərdişlərdən çəkindirilmələri”, “Qızların təhsildən yayınmalarının acı nəticələri” mövzularında diskussiyalar aparılıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.04.2024 [15:52]
Naxçıvandan Türkiyəyə ilk dəfə taxıl məhsulları ixrac olunub
- 24.04.2024 [15:31]
Xaçmazdakı aqroparklarda süd məhsuldarlığında rekord nəticə qeydə alınıb
- 24.04.2024 [15:01]
Naxçıvanda “BOOKFEST” kitab sərgisi keçiriləcək
- 24.04.2024 [13:52]
Gələn aydan Şuşada elektrik avtobuslar istifadəyə veriləcək
- 24.04.2024 [12:53]