REGİONLAR


Kürdəmirdə Şilyan kanalı genişləndirilir, Kür çayı sahilində yeni nasos stansiyası tikilir

Kürdəmir, 6 avqust, AZƏRTAC 

Kürdəmir rayonunun Şilyan massivində bu ildən əkin dövriyyəsinə qatılan 6150 hektar torpaq sahəsini suvarma suyu ilə təmin etmək üçün tədbirlər görülür.

Rayon İcra Hakimiyyətindən AZƏRTAC-a bildirilib ki, bu məqsədlə hazırlanan layihə-smeta sənədlərinə əsasən ərazini su ilə təmin edəcək Şilyan kanalı genişləndirilir və su ötürmə qabiliyyəti iki dəfə artırılır. Podratçı təşkilat olan “Xəzər inşaat E” MMC tərəfindən indiyədək kanalın 3,2 kilometr hissəsinə 40 min kubmetr torpaq daşınıb və bəndbərkitmə işləri aparılıb. Habelə, 8 kilometr hissəsində qazma yolu ilə təmizləmə və təmir işləri görülüb.

Layihə çərçivəsində kanala su vurulacaq Ərəbxana nasos stansiyasının tikintisi də davam etdirilir. Artıq nasos stansiyasının binasının dəmir-beton bünövrəsi qurulub, divarlar tikilib, suötürücü qurğunun dəmir-beton işləri başa çatdırılıb. Transformator yarımstansiyası və gözətçi məntəqəsi üçün binaların hörgüsü yekunlaşıb. Habelə, diametri 1200 millimetr olan 952 metr magistral polad boru gətirilərək qaynaq və izolyasiya işləri aparılıb.

İşlərin cari ilin axırlarınadək başa çatdırılması nəzərdə tutulub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.