REGİONLAR
Kürdəmirdə bostan-tərəvəz məhsulları 35-40 faiz ucuzlaşıb
Kürdəmir, 4 avqust, AZƏRTAC
Son günlər Kürdəmirdə bostan-tərəvəz məhsullarının qiymətlərində xeyli ucuzlaşma müşahidə olunur.
AZƏRTAC xəbər verir ki, bostan-tərəvəz məhsullarının bolluğu ilə əlaqədar bazarlarda satış qiymətlərində xeyli ucuzlaşma var. Belə ki, indi istehlakçılara pomidor 25 qəpik, xiyar 40 qəpik, qarpız və yemiş 10 qəpik qiymətə təklif edilir.
Ümumiyyətlə, son günlər bostan-tərəvəz məhsulları 35-40 faiz ucuzlaşıb.
Rayon icra hakimiyyətindən verilən məlumatda bildirilib ki, cari mövsümdə bölgədə 4059,3 hektar sahədə bostan, 2475,2 hektarda isə tərəvəz məhsulları əkilib-becərilib. Hazırda məhsul yığımı davam edir.