REGİONLAR
Kürdəmirdə əmək yarmarkası
Kürdəmir, 29 avqust (AZƏRTAC). Avqustun 29-da Kürdəmir şəhərində rayon icra hakimiyyətinin və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin rayon məşğulluq mərkəzinin birgə təşkilatçılığı ilə əmək yarmarkası keçirilib.
Əmək yarmarkasında rayonun 51 dövlət, qeyri-dövlət təşkilatları və fiziki şəxslər tərəfindən boş (vakant) iş yerləri təqdim edilib. Təqdim edilən boş iş yerlərinin sayı 293 olmaqla 154 qulluqçu vəzifəsi, 91 fəhlə peşələri və 48 xidmət sahəsinə aid olub.
Əmək yarmarkasında iştirak edən 810 nəfər rayon sakinindən 122 nəfərinə işə düzəlmək üçün göndəriş verilib, 2 nəfər kvota yerlərinə, 18 nəfər peşə hazırlığına, 20 nəfər ictimai işlərə cəlb olunub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [05:30]
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
- 26.08.2023 [03:21]
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
- 25.08.2023 [01:10]
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
- 24.08.2023 [04:45]
Beyləqanda payızlıq səpin üçün indiyədək 8750 hektarda şum qaldırılıb
- 24.08.2023 [03:17]
Bu il Ağcabədidə 40 min tondan çox pambıq istehsalı gözlənilir
- 22.08.2023 [20:19]