REGİONLAR


Kürdəmirdə gələn ilin məhsulu üçün 40 min hektarda taxıl əkiləcəyi proqnozlaşdırılır

A+ A

Kürdəmir, 7 oktyabr, AZƏRTAC

Kürdəmir rayonunda payızlıq taxıl səpini kampaniyasına mütəşəkkil hazırlıqla başlanılıb və hər gün sahələrə 200-dən çox texnika çıxarılır.

Rayon icra hakimiyyətindən AZƏRTAC-a bildiriblər ki, fermerlər, toxumçuluq təsərrüfatları, habelə fiziki şəxslər əkinə ciddi hazırlıqla başlayıblar və kampaniyanın vaxtında, uğurla başa çatdırılması üçün bütün qüvvələri səfərbər ediblər. Artıq 3000 hektardan çox sahədə səpin aparılıb. Payız əkini kampaniyasına 140-dək traktor, 70-dən çox səpin aqreqatı cəlb olunub. Karrar, Çöhranlı, Şilyan, Muradxan və digər ərazi vahidlərində payız əkini daha mütəşəkkil aparılır.

Qeyd edək ki, bu payızda gələn ilin məhsulu üçün 40 min hektarda taxıl əkiləcəyi proqnozlaşdırılır. Bu ilin məhsulu üçün isə 39 min 251 hektarda taxıl yetişdirilmişdi.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.