REGİONLAR
Kürdəmirdə pambıq sahələri normal su ilə təmin edilir
Kürdəmir, 19 iyul, AZƏRTAC
Kürdəmirdə Mollakənd Mexaniki Suvarma idarəsi tərəfindən quraşdırılan yeni nasos dəsti rayonun Qarasu və Şilyan kəndlərində pambıq əkini sahələrinin normal su ilə təminatındakı problemi tamamilə aradan qaldırıb.
AZƏRTAC xəbər verir ki, Prezident İlham Əliyevin respublikada pambıqçılığın inkişafı ilə əlaqədar qarşıya qoyduğu konkret vəzifələr Kürdəmirdə də vaxtilə təsərrüfatın ənənəvi olan bu sahəsinin dirçəldilməsi üçün möhkəm stimul yaradıb. Cari mövsümdə rayonun digər yaşayış məntəqələrində olduğu kimi Qarasu və Şilyan kəndlərində ümumilikdə 180 hektarda çiyid səpini aparılıb. Gələn il bu kəndlərin ərazilərində pambıq sahələrinin 500 hektara çatdırılacağı gözlənilir.
Hazırda əkinlərin normal su ilə təminatı ciddi diqqət mərkəzindədir. Bu məqsədlə 8 kilometr uzunluğunda yeni kanal qazılıb, bir ədəd 250 metr uzunluğunda su ötürücü qurğu, 1 ədəd nasos dəsti quraşdırılıb.
Artıq pambıq əkini sahələri normal su ilə təmin edilir.