REGİONLAR


Kürdəmirdə pambıq yığımına 200-dən çox işçi qüvvəsi cəlb olunub

A+ A

Kürdəmir, 16 sentyabr, AZƏRTAC

Kürdəmir rayonunda cari mövsümdə 1911 hektarda pambıq yetişdirilib və hazırda məhsul yığımı sürətlə davam edir.

Rayon kənd təsərrüfatı idarəsindən AZƏRTAC-a verilən məlumata görə, indiyədək tarlalardan 102 ton məhsul yığılıb. Yığım kampaniyasına 200 nəfərdən çox işçi qüvvəsi cəlb edilib.

İstehsal olunan məhsulun 50 tonu əvvəlcədən bağlanan müqaviləyə əsasən MKT MMC-nin Saatlı və Ucardakı zavodlarına təhvil verilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.