REGİONLAR


Kürdəmirdə qısa vaxtda 6 min hektardan çox zəminin taxılı yığılıb

Kürdəmir, 5 iyun, AZƏRTAC

Kürdəmirdə taxıl biçini kampaniyası müvəffəqiyyətlə davam edir.

Rayon Kənd Təsərrüfatı İdarəsindən AZƏRTAC-a bildirilib ki, son günlər havaların əlverişsiz keçməsinə baxmayaraq, kampaniyaya mütəşəkkil hazırlıqla başlanılıb. Hər gün sahələrə 120 kombayn çıxarılır. Hazırda arpa biçilir. Qısa müddətdə 6000 hektar zəminin məhsulu yığılıb. Hələlik hər hektardan orta məhsuldarlıq 21 sentnerdir. Rayonun Pirli, Ərəbqubalı və digər bir sıra ərazi vahidlərində məhsuldarlıq 25-26 sentner təşkil edir.

Qeyd edək ki, cari mövsümdə bölgədə 39 min 871 hektar sahədə taxıl yetişdirilib. Bundan 26 min 853 hektarı arpa, qalanı isə buğdadır. Bu il rayon üzrə 100 min tondan çox taxıl istehsal ediləcəyi gözlənilir. Hazırda bütün qüvvələr bu mühüm strateji məhsulun tez və itkisiz yığılmasına səfərbər olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.