REGİONLAR
Kürdəmirdə sahibkarlar üçün treninq keçirilib
Bakı, 21 aprel, AZƏRTAC
Aprelin 21-də İqtisadiyyat Nazirliyinin Bakı Biznes Tədris Mərkəzinin Göyçay və Yevlax nümayəndəliklərinin təşkilatçılığı ilə Kürdəmirdə sahibkarlar üçün treninq keçirilib.
İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, "Kənd təsərrüfatında sahibkarlıq fəaliyyətinin sığortalanması" və "Made in Azerbaijan" brendinin yaradılması və inkişafı mövzularını əhatə edən treninqdə biznesdə risklərin azaldılması, sığortanın əhəmiyyəti və bu sahədə mövcud qanunvericilik, brendləşmənin məhsul ixracının artırılmasında rolu, "Made in Azerbaijan" brendinin yaradılması və s. barədə məlumat verilib. Bununla yanaşı, tədbir iştirakçıları apellyasiya şuraları, sahibkarların təkrar şikayətlərinə baxılması prosedurları, İqtisadiyyat Nazirliyi tərəfindən göstərilən elektron xidmətlər barədə məlumatlandırılıb.
Tədbir çərçivəsində mövzular üzrə təqdimatlar keçirilib, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.04.2024 [20:34]
Tanınmış şair, tərcüməçi Sabir Almazovun xatirəsi anılıb
- 19.04.2024 [19:30]
Güclü külək Ağstafada bir sıra fəsadlar törədib VİDEO
- 19.04.2024 [18:52]
İqtisadiyyat nazirinin müavini Naxçıvanda vətəndaşların müraciətini dinləyib
- 19.04.2024 [18:50]
ADSEA sədri Zaqatalada vətəndaşlarla görüşüb
- 19.04.2024 [18:15]
“Güclü cəmiyyətin zərif simaları” layihəsinə start verilib
- 19.04.2024 [17:38]