REGİONLAR


Kürdəmirin 12 kəndində içməli su təchizatı sistemləri yaradılacaq

Bakı, 6 iyul, AZƏRTAC

Kürdəmir rayonunun 12 kəndində içməli su təchizatı sistemləri yaradılacaq.

“Azərsu” ASC-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, əhalinin içməli su ilə təminatının yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq içməli sudan əziyyət çəkən kəndlərdə layihələrin icrası davam etdirilir.

Sərəncama əsasən, 22 rayonun 170 yaşayış məntəqəsində içməli su təchizatı sistemlərinin yaradılması nəzərdə tutulur. Həmin kəndlərin 12-i Kürdəmir rayonundadır. Layihəyə uyğun olaraq rayonun Qarabucaq qəsəbəsi, Qurdbayram, Ucarlı, Cəyli, Mürtülü, Qaraqocalı, Qağacılı, Yeni Şıxımlı, Şıxımlı, Topalhəsənli, Bala Kəngərli, Şahsevən kəndlərində su təchizatı sistemləri yaradılacaq. Hazırda 6 kənddə (Mürtülü, Qağacılı, Şıxımlı, Topalhəsənli, Şahsevən, Qaraqocalı) layihələrin icrası intensiv şəkildə davam etdirilir.

Kürdəmir rayonunun 12 kəndinə içməli suyun Külüllü su mənbəyindən verilməsi nəzərdə tutulur. Kəndləri su ilə təmin etmək üçün inşası nəzərdə tutulan 29 kilometr olan su xətlərinin 14 kilometrlik hissəsində işlər yekunlaşıb, bulaqların quraşdırılmasına hazırlıq görülür. Ümumilikdə Kürdəmir rayonunun 12 kəndində 100 ədəd bulağın quraşdırılması nəzərdə tutulur. Tikinti-quraşdırma işlərinin 2017-ci ilin avqust ayında başa çatdırılması nəzərdə tutulur. Layihənin icrası başa çatdıqdan sonra Kürdəmir rayonunun 12 kəndində 14 min nəfər keyfiyyətli içməli su ilə təmin olunacaq.

Qeyd edək ki, Külüllü su mənbəyi Kürdəmir, Ağsu, Zərdab, Ucar şəhərlərinin, həmçinin bu rayonların kəndlərinin dayanıqlı və keyfiyyətli içməli su təminatının aparılmasına hesablanıb.

Xatırladaq ki, əhalinin içməli su ilə təminatının yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq 22 rayonun 170 yaşayış məntəqəsində 267 min nəfər keyfiyyətli içməli su ilə təmin olunacaq. Layihələrin həyata keçirilməsi məqsədilə dövlət büdcəsindən “Azərsu” ASC-yə 14 milyon manat ayrılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.