REGİONLAR
Kürdəmirin Böyük Kəngərli kəndində səyyar qəbul-görüş
Oktyabrın 23-də Kürdəmir rayonu rəhbərliyinin Böyük Kəngərli kəndində əhali ilə səyyar qəbul-görüşü keçirilib.
AZƏRTAC xəbər verir ki, Böyük Kəngərli kənd inzibati ərazi dairəsinə daxil olan Böyük Kəngərli, İsmayıllı və Bağman kəndləri sakinlərinin qatıldıqları görüşdə rayonun hüquq mühafizə orqanlarının, idarə, müəssisə və xidmət təşkilatlarının rəhbərləri iştirak ediblər.
Kürdəmir Rayon İcra Hakimiyyətinin Böyük Kəngərli inzibati ərazi dairəsinin nümayəndəsi Tərlan Bayramov əraziyə daxil olan kəndlərin əhalisi, onların məşğuliyyəti və sosial-iqtisadi inkişafla bağlı görülən işlər barədə məlumat verib, bir sıra sosial yönümlü problemləri diqqətə çatdırıb.
Görüşdə kənd sakinlərinin təbii qaz, enerji, su təchizatı, sosial müdafiə, təhsil, mədəniyyət, səhiyyə, məşğulluq məsələləri ilə əlaqədar təklifləri və şikayətləri dinlənilib. Qaldırılan məsələlərin əksəriyyəti elə yerindəcə həllini tapıb, digər problemlər barədə aidiyyəti təşkilatlara tapşırıq verilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.03.2024 [20:22]
Naxçıvanda sel sularından səmərəli istifadə təmin edilib
- 28.03.2024 [18:23]
Naxçıvanda saxta zeytun yağları satış dövriyyəsindən kənarlaşdırılıb
- 28.03.2024 [15:46]
Lənkəranda baş verən qəzada 3 nəfər xəsarət alıb
- 28.03.2024 [11:44]
Qusar Dövlət Ləzgi Dram Teatrı paytaxt tamaşaçıları qarşısında çıxış edib
- 28.03.2024 [10:49]
Naxçıvanda yolda qaya uçqunu baş verib
- 28.03.2024 [10:25]