REGİONLAR


Kürdəmirin Carlı kəndində nasos stansiyası tikilir

A+ A

Kürdəmir, 29 oktyabr, AZƏRTAC

Kürdəmirin Carlı kəndi ərazisində nasos stansiyası tikilir. Stansiya ərazidəki mövcud 220 hektar əkinəyararlı torpaq sahəsinin suvarma suyu ilə normal təminatına imkan verəcək.

Rayon kənd təsərrüfatı idarəsindən AZƏRTAC-a bildiriblər ki, hazırda Kürdəmirdə pambıq əkini sahələrinin gələn il cari ildəkindən iki dəfə çox - 4000 hektara çatdırılması üçün ciddi tədbirlər görülür. Əlavə əkin yerlərinin müəyyənləşdirilməsi və su təchizatı xüsusi diqqət mərkəzindədir. Bu il cəmi 80 hektar pambıq əkilən Carlı inzibati ərazi vahidində gələn il 160-180 hektarda çiyid səpini planlaşdırılır.

Qeyd edək ki, nasos stansiyası Meliorasiya və Su Təsərrüfatı ASC-nin sifarişi ilə “Xəzər İnşaat” MMC tərəfindən tikilir. Bu stansiya həm də kənddə 17 hektar həyətyanı sahəni yay aylarında suvarma suyu ilə təmin edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.