REGİONLAR


Kürdəmirin Türkədi kəndinə təbii qaz verilib

A+ A

Kürdəmir, 18 noyabr, AZƏRTAC

Kürdəmir rayonunun bütün yaşayış məntəqələrinin təbii qazla təmin olunması istiqamətində tədbirlər davam etdirilir.

AZƏRTAC xəbər verir ki, noyabrın 18-də rayon mərkəzindən 30 kilometr məsafədə yerləşən və 770 nəfər əhalisi olan Türkədi kəndinə təbii qaz verilib. Bu məqsədlə müxtəlif diametrli 9493 metr metal və polietilen borulardan istifadə olunub, evlərə 100 ədəd qaz sayğacı və tənzimləyici quraşdırılıb. Hər bir mənzilin mətbəxinə “Azəriqaz” İstehsalat Birliyinin hesabına daxili qaz xətti çəkilib.

Kəndə “mavi yanacağ”ın verilməsi təntənəli mərasimlə qeyd olunub. Sakinləri təbrik edən rayon icra hakimiyyətinin başçısı Ceyhun Cəfərov regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramının Kürdəmirdə uğurla icra edildiyini bildirib.

Qeyd olunub ki, hazırda Kürdəmir şəhəri də daxil olmaqla, 62 yaşayış məntəqəsindən 55-i təbii qazdan istifadə edir. Bu da rayon əhalisinin 84 faizidir. Türkədi kəndi artıq rayonun təbii qaz verilən 56-cı yaşayış məntəqəsidir. Hazırda Mollakənd və Muradxan kəndləri də qazlaşdırılır. Hər iki kəndə yaxın vaxtlarda “mavi yanacaq” veriləcək.

Açılış mərasimində kənd ağsaqqalı Yaqub Abışov, ziyalılar Allahyar Əzizov, Qəribə Əzizova çıxış edərək, əhalinin sosial qayğılarına göstərdiyi diqqətə görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Sonda rəmzi məşəl alovlandırılıb, kəndə təbii qaz verilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.