REGİONLAR
Kürdəmirin iki kəndində yeni poçt binaları istifadəyə verilib
Kürdəmir, 9 oktyabr, AZƏRTAC
Oktyabrın 9-da rayonun Beyi və Mehdili kəndlərində müasir avadanlıqlar və qabaqcıl texnologiya ilə təmin olunan yeni poçt binaları istifadəyə verilib.
AZƏRTAC xəbər verir ki, bu münasibətlə keçirilən tədbirlərdə çıxış edənlər yeni binaların sakinlərə göstəriləcək poçt xidmətinin yüksək səviyyədə təşkilinə imkan yaradacağını qeyd ediblər. Vurğulanıb ki, bu günlərdə Kürdəmirdə bir sıra obyektlərin açılışında iştirak edən Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində ölkəmizin hər yerində sosial infrastruktur yenilənir, bütün yaşayış məntəqələrində əhaliyə lazımi xidmətlər göstərilir.
Hər iki kənddə keçirilən mərasimlərin sonunda iştirakçılar yeni poçt binalarında yaradılan şəraitlə tanış olublar.