REGİONLAR


Kürqırağı ərazilərdə payızlıq kartof əkininə hazırlaşırlar

A+ A

Kürdəmir, 24 iyul, AZƏRTAC 

Cari ildə 1217 hektarda yazılıq kartof əkən və 13 min 600 ton məhsul istehsal edilən Kürdəmir rayonunda Kürqırağı ərazilərin sakinləri payızlıq kartof əkininə hazılaşırlar.

Rayon icra hakimiyyətindən AZƏRTAC-a verilən məlumata görə, bu mövsümdə 300 hektar sahədə təkrar kartof əkiləcəyi proqnozlaşdırılır. Artıq kifayət qədər şum çıxarılıb. Hazırda toxum tədarükü edilir, sahələr əkinə hazırlanır. Hazırlıq işləri daha çox payızlıq kartof əkilən Axtaçı, Mehdili, Dayıkazımlı, Öyləqulu və bir sıra digər kəndlərdə daha sürətlə aparılır.

Kartof əkini avqustun birinci yarısında həyata keçirləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.