Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

Küveyt Dövləti Nazirlər Kabinetinin Sədri Əlahəzrət şeyx Cabir əl-Mübarək əl-Həməd əs-Sabaha

Əlahəzrət,

Küveyt Dövlətinin milli bayramı münasibətilə Sizə və xalqınıza ən səmimi təbriklərimi yetirirəm.

İnanıram ki, Azərbaycan ilə Küveyt arasındakı dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı bundan sonra da xalqlarımızın mənafelərinə xidmət edəcəkdir.

Belə bir əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, dost Küveyt xalqına daim əmin-amanlıq və rifah diləyirəm.

Hörmətlə,

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı, 22 fevral 2017-ci il.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin