Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

Küveyt Dövləti Nazirlər Kabinetinin Sədri Cabir əl-Mübarək əl-Həməd əl-Sabahdan

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli cənab Prezident,

Dost ölkənizin milli bayramı – Respublika Günü münasibətilə Zati-alinizə böyük məmnuniyyətlə ən xoş təbriklərimi çatdırıram.

Bu xoş fürsətdən istifadə edərək, Küveyt Dövlətini və Azərbaycan Respublikasını bir-birinə bağlayan dostluq münasibətlərindən məmnunluğumuzu vurğulayır, ölkələrimiz arasındakı ikitərəfli əlaqələrin və əməkdaşlıq sahələrinin möhkəmləndirilməsini, bu əlaqələrin xalqlarımızın mənafeyinə uyğun olaraq daha da inkişaf etdirilməsini arzulayırıq.

Cənab Prezident, Sizə möhkəm cansağlığı və səadət, dost ölkənizə davamlı tərəqqi və rifah arzulayıram.

Zati-aliləri, yüksək ehtiramımı qəbul edin.

Hörmətlə,

Cabir əl-Mübarək əl-Həməd əl-Sabah

Küveyt Dövləti Nazirlər Kabinetinin Sədri

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin