RƏSMİ SƏNƏDLƏR


Küveyt Dövlətinin Əmiri Şeyx Sabah əl-Əhməd əl-Cabir əs-Sabahdan

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli cənab Prezident,

Ölkənizin milli bayramı – Respublika Günü münasibətilə Zati-alinizə ən xoş təbriklərimi böyük məmnunluq hissi ilə çatdırıram.

Bu fürsətdən istifadə edərək dost ölkələrimiz və xalqlarımız arasında münasibətlərin daha da inkişaf etməsini arzulayırıq.

Zati-alinizə möhkəm cansağlığı və səadət, dost ölkənizə və onun xalqına davamlı tərəqqi və rifah diləyirik.

Cənab Prezident, xahiş edirəm yüksək ehtiramımı qəbul edin.

Hörmətlə,

 

Şeyx Sabah əl-Əhməd əl-Cabir əs-Sabah

Küveyt Dövlətinin Əmiri

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin