İQTİSADİYYAT


Küveyt: Hasilatın azaldılması sazişinin 9 ay müddətinə uzadılması ilə ölkələrin hamısı razı deyil

Bakı, 23 may, Nihad Budaqov, AZƏRTAC 

Neft İxrac edən Ölkələr Təşkilatına üzv və (OPEC) bəzi qeyri-OPEC ölkələrin neft hasilatının azaldılması üzrə əldə etdiyi sazişin müddətinin 9 ay müddətinə uzadılması təklifi ilə istehsalçı ölkələrin hamısı razı deyillər.

AZƏRTAC “bloomberg.com”a istinadla xəbər verir ki, bunu Küveytin neft naziri Essam Əl Marzouq deyib. O bildirib ki, sazişin müddətinin ilin sonunadək uzadılması məqbul hesab olunur. Hazırda hasilatın azaldılması üzrə kvotanın artırılması müzakirə mövzusu deyil. Çünki buna bir o qədər də ehtiyac yoxdur.

Xatırladaq ki, OPEC üzrə gündəlik neft hasilatının 32,5 milyon barrelə endirilməsi barədə razılıq əldə edilib. Bundan başqa, OPEC üzvləri ilə təşkilata daxil olmayan 11 ölkə, o cümlədən də Azərbaycan ümumi hasilatın sutkada 558 min barrel azaldılması barədə sazişə imza atıblar. Saziş bu ilin birinci yarısı üçün bağlanıb və onun müddətinin uzadılması, yaxud digər başqa bir qərarın qəbulu OPEC Nazirlər Şurasının mayın 25-də Vyanada keçiriləcək 172-ci iclasında müəyyənləşəcək.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.