SİYASƏT
Küveyt parlamentinin sədri: Küveyt Azərbaycan ilə əlaqələrin inkişafına önəm verir
Bakı, 18 iyul, AZƏRTAC
Küveyt dost və qardaş Azərbaycan ilə bütün istiqamətlərdə əlaqələrin inkişafına önəm verir.
Bu fikri Küveyt parlamentinin sədri Mərzuq Əl-Ğanim Azərbaycanın bu ölkədəki səfiri Elxan Qəhrəman ilə görüşdə bildirib.
Səfir diplomatik fəaliyyəti dövründə ölkələrimiz arasında siyasi, iqtisadi sahələrlə yanaşı, parlamentlərarası əlaqələrin də yüksək səviyyədə inkişaf etməsi üçün var gücü ilə çalışacağını söyləyib. O, Sovet İttifaqının süqutundan sonra Küveytin Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkələr sırasında olduğunu bildirib, müstəqilliyinin ilk illərində respublikamızın qarşılaşdığı problemlərdən danışıb. Diplomat Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları ilə bağlı təcavüzü səbəbindən meydana gələn problemlərin həllində istər ölkəmizə göstərilən humanitar yardıma, istərsə də beynəlxalq təşkilatlarda dəstəyə görə təşəkkürünü bildirib.