CƏMİYYƏT


Küveytdə yaşayan azərbaycanlılar Həmrəylik Gününü qeyd ediblər

A+ A

Bakı, 31 dekabr, AZƏRTAC

Küveytdə yaşayan, işləyən, təhsil alan həmvətənlərimizi özündə birləşdirən “Vətənsevər Dostluq Cəmiyyəti”nin, həmçinin ictimaiyyət nümayəndələrinin iştirakı ilə bu ölkədəki səfirliyimizdə

31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə bayram tədbiri keçirilib.

Səfirlikdən AZƏRTAC-a bildiriblər ki, əvvəlcə Prezident İlham Əliyevin Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə müraciətinin mətni oxunub.

Tədbir iştirakçılarına Dünya Azərbaycanlılarının Həmrəylik Gününün yaranma tarixi və bu günün təsis olunmasında ümummilli lider Heydər Əliyevin xidmətləri barədə məlumat verilib.

Sonda bayram ziyafəti təşkil edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.