İQTİSADİYYAT


Küveytin “Jazeera Airways” aviaşirkəti Bakıya birbaşa uçuşlara başlayır

Bakı, 23 may, Elvin Camalov, AZƏRTAC

İyun ayının 23-dən etibarən Küveytin “Jazeera Airways” aviaşirkəti Bakıya birbaşa uçuşlara başlayır

AZƏRTACwww.tradearabia.com” saytına istinadla xəbər verir ki, aviareyslər həftədə iki dəfə olmaqla bazar ertəsi və cümə günləri həyata keçiriləcək.

Məlumatda bildirilir ki, Küveyt vətəndaşları üçün Azərbaycana viza almaq prosedurları sadələşdirilib. Bu ölkənin vətəndaşları “ASAN Visa” sistemi vasitəsilə onlayn rejimdə 3 gün ərzində viza ala biləcəklər.

Qeyd edək ki, bu günədək Küveyt və Bakı arasında çarter reysləri həyata keçirilirdi.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.