MƏDƏNİYYƏT
Küveytin aparıcı KİV nümayəndələri ölkəmizdə səfərdədir
Bakı, 27 may, AZƏRTAC
Azərbaycanın zəngin turizm potensialının Küveytdə təbliği məqsədilə bu dövlətin nüfuzlu “Al Jarida”, “Al Nahar”, “Al Anbaa”, “Al Rai” qəzetlərinin təmsilçiləri ölkəmizə gəliblər.
Mədəniyyət və Turizm Nazirliyindən AZƏRTAC-a bildirilib ki, səfər Azərbaycanın Küveytdəki səfirliyi və nazirliyin körfəz ölkələrində fəaliyyət göstərən turizm nümayəndəliyi -“Atlantis Holidays” şirkətinin təşkilatçılığı ilə reallaşıb.
Nümayəndə heyətinin paytaxt Bakı ilə yanaşı, Qəbələ və Şəki rayonlarına səfəri də planlaşdırılır. Qeyd edək ki, Azərbaycanla körfəz ölkələri arasında mədəniyyət və turizm sahələrində əməkdaşlığın genişləndirilməsi və intensivləşdirilməsi məqsədilə cari ilin aprel ayında Küveytə səfər təşkil olunub.
Məlumat üçün bildirək ki, ötən il Azərbaycana Orta Şərq ölkələrindən 9300 nəfərdən çox turist gəlib. Bu da 2014-cü illə müqayisədə 4000 nəfərdən çox artım deməkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.11.2023 [16:59]
Roma tətilləri: şopinq xüsusiyyətləri
- 29.08.2023 [10:59]
Göllər diyarının cazibədarlığı
- 29.08.2023 [00:26]
Rusiyadan Azərbaycana turist axını 4 dəfə artıb
- 25.08.2023 [14:40]
Qazaxıstanın gəzməli-görməli məkanları - qədim və müasir Çimkənd VİDEO
- 24.08.2023 [10:20]
“MasterChef Türkiye” növbəti verilişini Azərbaycana həsr edib
- 23.08.2023 [15:27]
Şahdağda motosiklet festivalı təşkil edilib
- 22.08.2023 [14:08]
Zalsburq: turistləri buraya cəlb edən nədir?
- 17.08.2023 [17:32]
“Bu il Türkiyənin turizm sektorunda bahalaşma qeydə alınıb” – açıqlama
- 05.08.2023 [10:52]