DÜNYA


“Kvadrat” filmi Kann kinofestivalının baş mükafatını alıb

Bakı, 29 may, AZƏRTAC

İsveç rejissoru Ruben Estlundun “Kvadrat” filmi 70-ci Kann kino festivalının əsas prizinə - “Qızıl palma budağı” mükafatına layiq görülüb.

AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, filmin baş qəhrəmanı - arvadından ayrılmış muzey baxıcısı təkbaşına iki qızını böyüdür. O, həyatda “düzgün adam” olmağa çalışır, elektromobil sürür, humanitar layihələri dəstəkləyir. Lakin bir dəfə onun mobil telefonunu oğurlayırlar və bununla da qəhrəmanın həyatını büsbütün dəyişən gözlənilməz hadisələr zənciri işə düşür.

Fransız rejissoru Roben Kampiyonun QİCS-ə yoluxmuş xəstələrin problemlərinə cəmiyyətin biganə münasibəti ilə mübarizə aparan fəallardan bəhs edən “Dəqiqədə 120 zərbə” filmi festivalın Qran-pri mükafatını alıb.

Yetmişinci Kann kinofestivalı mayın 17-dən 28-dək Lazur sahilində keçirilib. Əsas müsabiqədə 19 film iştirak edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.