İQTİSADİYYAT


“Kyocera” şirkəti daxili ekşn-kamera ilə təchiz olunan təhlükəsiz smartfon təqdim edib

A+ A

Bakı, 13 avqust, AZƏRTAC

Yaponiyanın "Kyocera" şirkəti daxili ekşn-kamera ilə təchiz olunan təhlükəsiz smartfon təqdim edib. Şirkətin Amerika bölməsi tərəfindən təqdim edilmiş qeyri-adi təhlükəsiz smartfonun əsas özəlliyi daxili genişbucaqlı ekşn-kamerasının mövcud olmasıdır.

AZƏRTAC “newsru.com” saytına istinadən xəbər verir ki, "DuraForce Pro" modeli toz, su, vibrasiya və zərbələrə qarşı dayanıqlı korpus ("IP68 və 810G" müdafiə standartı), 1920x1080 piksel təsvir ölçülü 5 düymlük ekran, "Qualcomm Snapdragon 617" prosessoru, 2 giqabayt (QB) əməli və 32 QB daxili yaddaşla təchiz edilib.

Smartfonun əsas kamerasının təsvir ölçüsü 13 meqapiksel, ön kameranın təsvir ölçüsü 5 meqapiksel təşkil edir. Daxili ekşn-kamera "DuraForce Pro" smartfonunun arxa səthində, əsas kameranın yanında yerləşir. Bu kamera 135 dərəcə əhatə bucağı və "Full HD" təsvir ölçülü video çəkilişini təmin edir. Ekşn-kamera modulu sualtı, idman və yavaşıdılmış rejimdə çəkilişi dəstəkləyir.

"Android" sistemi ilə işləyən smartfonda daxili akkumulyatorun tutumu 3240 milliamper/saat təşkil edir. Həmçinin aparat barmaq izi skaneri, "NFC" modulu ilə təchiz edilib və cihazın sensor ekranı əlcək geymiş sahibinin toxunuşlarını da tanıyır. "DuraForce Pro" smartfonu ən yaxın aylarda bazara çıxarılacaq, ancaq qurğunun qiyməti hələ ki, bildirilməyib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.