İDMAN
Kyokuşin karate üzrə açıq Bakı birinciliyinin qalibləri müəyyənləşib
AZƏRTAC xəbər verir ki, yarışda müxtəlif çəki dərəcələrində 126 idmançı mübarizə aparıb.
Yarışda 8-9 yaş kateqoriyası üzrə Elnur Dadaşov (25 kq), Həmid Baxşiyev (30 kq), Vüsal Bayramov (30 kq-dan yuxarı), 10-11 yaş kateqoriyasında Ceyhun Yusifov (30 kq), Rəvan Bağırov (35 kq), Nihad Hacıyev (40 kq), Rəşad Məhərrəmov (40 kq-dan yuxarı), 12-13 yaşlılar arasında isə Qəzənfər Qəzənfərli (40 kq), Etibar Sayadov (45 kq), Natiq Abdullayev (50 kq), Orxan Rüstəmzadə (55 kq), Royal Dadaşov (55 kq-dan yuxarı) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.
Yeniyetmələr arasında Ruslan Bayramov (55 kq), Emin İsmayılov (60 kq), Xəyal Nuriyev (65 kq), Eltac Hümbətov (70 kq), Tərlan Barataşvili (75 kq), Murad Rüstəmov (75 kq-dan yuxarı), böyüklərin mübarizəsində isə Oruc Səfərov (70 kq), Səlahət Həsənov (80 kq), Ənvər Cəfərov (90 kq), Fərhad Məmmədov (90 kq-dan yuxarı), qızların yarışında Çinarə Zeynalova (65 kq) və Şəbnəm Həmidova (65 kq-dan yuxarı) qızıl medala sahib olublar.
Qaliblər BŞGİBİ tərəfindən müvafiq dərəcəli diplomlar və xatirə hədiyyələri ilə mükafatlandırılıblar.