DÜNYA


Kyuşu adasının daşqınlar baş verən rayonlarında yeddi nəfər həlak olub

Tokio, 7 iyul, AZƏRTAC

Leysan yağışlar üç gündür ki, Yaponiyanın qərbində ciddi fəsadlar törədir. Təbii fəlakət nəticəsində yeddi nəfərin həlak olduğu, 14 nəfərin isə itkin düşdüyü bildirilir.

Hazırda 100 mindən çox insan təxliyə məntəqələrinə yerləşib, minlərlə xilasedici axtarış-xilasetmə əməliyyatlarına qoşulub. Kyuşu adasının Fukuoka prefekturasının bəzi rayonlarına iki gün ərzində 600 millimetrdən çox yağıntı düşüb. Bu, iyulun normasından iki dəfə çoxdur.

Fukuoka və Oiçi prefekturalarında 1100-dən çox sakinin daşqın və torpaq sürüşməsi nəticəsində ağır vəziyyətə düşdüyü bildirilir. Avtomobil yolları və körpülər dağıldığı üçün xilasedicilər helikopterlərdən istifadə edirlər. Qatarların hərəkətində fasilələr yaranıb, bəzi mobil rabitə operatorları xidmətlə bağlı problemlər yarandığını bildirir.

Meteoroloqlar əhalini ehtiyatlı olmağa çağırırlar.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.