DÜNYA


“LG Pay” mobil ödənişlər sistemi istifadəyə verilib

Bakı, 3 iyun, AZƏRTAC 

“LG Electronics” şirkəti “LG Pay” mobil ödənişlər servisini istifadəyə verib. Servis digər Cənubi Koreya istehsalçısı - “Samsung” şirkətinin “Samsung Pay” sisteminin analoqu hesab edilir.

AZƏRTAC “Life” resursuna istinadən xəbər verir ki, “MCT” (Magnetic Communication Technology) texnologiyasından istifadə edən yeni xidmət smartfonu adi terminallara yaxınlaşdırmaqla ödənişlər həyata keçirməyə imkan verir. Əməliyyatların istifadəçinin barmaq izi skaneri ilə təsdiq edilməsi tələb olunur.

Məlumata görə, hazırda Cənubi Koreya ərazisində istifadəyə verilən “LG Pay” sistemi “Shinhan”, “KB”, “BC” və “Lotte” bank kartlarını dəstəkləyir. Gələcəkdə şirkət servisin coğrafiyasını genişləndirməyi nəzərdə tutsa da, hazırda bu barədə konkret planlar açıqlamır.

“LG Pay” xidmətini ilkin olaraq proqram təminatı ilə birlikdə yeni funksiyaya malik olacaq “LG G6” smartfon istifadəçiləri sınaqdan keçirə biləcəklər. Bir müddət sonra digər qurğu istehsalçıları da servisi dəstəkləməyi planlaşdırır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.