DÜNYA


“LG" Q8” smartfonu təqdim edilib

Bakı, 22 iyul, AZƏRTAC

“LG” şirkəti “V20” modelinin kiçik versiyası hesab edilən “Q8” smartfonunu təqdim edib.

“Gorilla Glass 4” şüşəsi ilə mühafizə olunan “Quantum IPS” ekranının ölçüsü 5,2 düym diaqonal, təsvir ölçüsü “QHD” (2560 x 1440 piksel) təşkil edir. Xatırladaq ki, “LG V20” smartfonunun displeyinin diaqonalı 5,7 düym olmaqla eyni təsvir ölçüsünə malikdir. Ölçüsü kiçik yardımçı ekran da “LG V20”də olduğu kimi, eyni təsvir ölçülüdür (160 x 1040 piksel).

AZƏRTAC “IXBT” resursuna istinadən xəbər verir ki, “SoC Snapdragon 820” prosessoruna malik qurğu 4 giqabaytlıq operativ, 32 giqabaytlıq quraşdırılmış yaddaş, eləcə də “microSD” çıxışı ilə təchiz edilib.

Qoşa əsas kamerada 13 və 8 meqapiksel təsvir ölçülü modullardan istifadə olunub. Optik stabilləşdirmə sistemi ilə təchiz edilən kamera “4К” formatlı videoçəkilişi dəstəkləyir. Ön kameranın təsvir ölçüsü 5 meqapikselə bərabərdir və videonu “Full HD” standartında çəkir.

Smartfon, həmçinin “IP68” mühafizə sistemi, “ESS9218” (Quad DAC) rəqəmli analoq dəyişdiricisinə malik səs alt sistemi, “Android 7.0 Nougat” əməliyyat sistemi və 3 min milliamper/saat tutumlu akkumulyatorla təchiz olunub. Qabarit ölçüsü 149 x 71,9 x 8 millimetrə bərabər qurğunun çəkisi 146 qram təşkil edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.