DÜNYA


“LG” şirkəti “Nano Cell” texnologiyasına əsaslanan yeni televizor xəttini təqdim edib

Bakı, 11 yanvar, AZƏRTAC

“LG Electronics” şirkəti “CES 2017” sərgisində “Nano Cell” texnologiyası ilə işləyən yeni “SUPER UHD” televizorlarını (“SJ9500”, "SJ8500" və "SJ8000" modelləri) nümayiş etdirib. İddialara əsasən, yeni televizorlarda təsvirin keyfiyyət səviyyəsi tamamilə fərqlidir. “LG” şirkətinin üçüncü nəsil “SUPER UHD” televizorları təsviri reallığa son dərəcə oxşar formada göstərir. Yeni qurğularda “LG” şirkətinin “webOS” intuitiv platformasının son versiyası qurulub. “Super UHD” televizorlarının bütün modelləri “Active HDR” və “Dolby Vision” formatlarını dəstəkləyir ki, bu da istifadəçilərin yüksək keyfiyyətli “HDR” məzmuna girişini təmin edəcək.

AZƏRTAC “4pda.ru” saytına istinadən xəbər verir ki, “Nano Cell” texnologiyası böyük uzunluqlu işıq dalğalarını ələ keçirərək, eyni zamanda, əks olunan rənglərin təmizliyini artırmaq yolu ilə yüksək keyfiyyətli təsvirə nail olmağa imkan verir. Bu texnologiya ilkin rəngin itməsi ehtimalını, təsvirin nasazlığı və başqa problemləri minimuma endirir, həmçinin ekranda parıltıları azaldır. Bu, televizor müxtəlif kənar işıq mənbələri ilə əhatə olunduqda böyük əhəmiyyətə malikdir.

Yeni televizorlarda tətbiq edilmiş “ULTRA Luminance” texnologiyası yüksək parlaqlıq və təsvirin kəskinliyini təmin edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.