DÜNYA


“LG” şirkətinin təqdim etdiyi yeni planşet çox nazik və yüngüldür

Bakı, 5 iyul, AZƏRTAC

“LG Electronics” şirkəti öz doğma Koreya bazarında “LG G Pad IV 8.0 FHD LTE” adlı yeni planşetini təqdim edib.

AZƏRTAC “ferra.ru” saytına istinadən xəbər verir ki, şirkət planşetin nazik və yüngül olmasını xüsusilə qeyd edib. Qurğunun fiziki ölçüləri 216,2x127x6,9 millimetr, çəkisi isə 209 qramdır. Planşet “WXGA” (1920x1200 piksel) təsvir ölçülü 8 düymlük ekran, 5 meqapiksellik iki kamera, 8 nüvəli “Qualcomm Snapdragon 435” prosessoru, 2 giqabayt əməli yaddaş və 32 giqabaytlıq daxili fləş yaddaşla təchiz edilib. Akkumulyator batareyasının tutumu 3000 milliamper/saatdır.

“4G LTE”, “Wi-Fi” (802.11 ac), “Bluetooth 4.2” və “GPS” dəstəklənir. Cihaz “Android 7.0 Nougat” əməliyyat sisteminin idarəetməsi altında işləyir. Satışa çıxarılan “LG G Pad IV 8.0 FHD LTE” planşetinin qiyməti təxminən 306 dollardır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.