SİYASƏT


“L’Opinion” qəzeti: Aprel hadisələri Azərbaycanın hərbi gücünü nümayiş etdirdi

A+ A

Paris, 20 oktyabr, AZƏRTAC

Fransanın “L Opinion” qəzetində oktyabrın əvvəllərində Azərbaycana səfər etmiş müxbir Klod Leblanın ölkəmizlə bağlı məqaləsi dərc olunub.

Jurnalist Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üçün yaradılmış Minsk qrupunun fəaliyyətindən, Madrid prinsiplərindən, Tərtər rayonunda təmas xəttinə yaxın kəndlərdə insanlarla görüşündən bəhs edir.

Məqalədə cari ilin aprel ayında baş vermiş hadisələrdən sonra insanların artıq müharibədən qorxmadıqları bildirilir. Eyni zamanda, aprel hadisələrinin Azərbaycanın hərbi gücünü nümayiş etdirdiyi qeyd olunur.

Müəllif təmas xəttinə yaxın Azərbaycan kəndlərində evlərin dağıdıldığını dıqqətə çatdırır. Təmas xəttinə yaxın kəndlərdə vəziyyətin təhlükəli olmasına baxmayaraq, əhalinin öz doğma evlərində yaşamağa üstünlük verdiklərini vurğulayır, ahılların “biz öz evimizdəyik, heç nə və heç kim bizi evimizi tərk etməyə məcbur edə bilməz” fikri diqqətə çatdırılır.

Məqalədə ermənilərin Tərtər rayonunda kənd təsərrüfatının səksən faizini yararsız vəziyyətə salması, rayonu sudan məhrum etməsi qeyd olunur.

Masazırda Zəngilandan olan məcburi köçkünlərlə görüşən jurnalist öz evlərindən didərgin düşən insanların nisgilindən, doğma torpaq həsrətindən yazır. O, dövlətin məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması istiqamətində gördüyü tədbirləri qeyd edərək, 2003-cü ilədək universitet yataqxanalarında, məktəblərdə məskunlaşan qaçqın və məcburi köçkünlərin dövlət tərəfindən evlərlə təmin olunduqlarını vurğulayır.

Məqalədə Azərbaycanın hərbi xərclərinin Ermənistanın hərbi xərclərindən bir neçə dəfə çox olduğu bildirilir. Həmçinin ölkəmizin inkişafından, iqtisadiyyatın şaxələndirilməsindən söz açılır.

Şəhla Ağalarova

AZƏRTAC-ın xüsusi müxbiri

Paris

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.