MƏDƏNİYYƏT
“La Parfumerie” mağazasında şopinq indi daha sərfəli oldu
Bakı, 21 aprel, AZƏRTAC
Məşhur “La Parfumerie” mağazası da Bakı Şopinq Festivalına qoşulan brend mağazalar sırasında öz yerini aldı. Festival münasibətilə mağazada alıcılar üçün xüsusi güzəşt kampaniyası başlandı.
Azərbaycan Konqreslər Bürosundan AZƏRTAC-a bildirilib ki, bu gündən etibarən Bakı şəhəri, Nəsimi rayonu, Nizami küçəsi, 83 ünvanında yerləşən La Parfumerie mağazası böyük endirimlərə start verildi.
Bakı Şopinq Festivalı günlərində bu mağazada seçilmiş mallara 50 faizədək endirimlər tətbiq edilib. Üstəlik, alıcılar, “Baku Shopping Festival – Tax Free” stikerini gördükləri mağazada festival zamanı aldıqları malların əlavə dəyər vergisini (ƏDV) geri ala biləcəklər.
La Parfumerie mağazasında bu fürsətdən hər kəs, festivalın sonuncu gününə – mayın 10-dək istifadə edə bilər!
Qeyd edək ki, festivala qoşulan mağazaların sayı hər gün artmaqdadır. Qeydiyyatdan keçmiş və hər gün əlavə olunan yeni mağazaların ümumi siyahı ilə http://bakushopfest.com/our-stores/ linkindən tanış olmaq olar.
Sevdiyiniz, bəyəndiyiniz malları sərfəli qiymətlərlə əldə edib üstəlik ƏDV vergisini də geri almaq istəyirsinizsə Baku Şopinq Festivalı boyunca iştirakçı mağazalarda alış-veriş etməyə tələsin!