REGİONLAR


Laçın rayonu üzrə ideya-siyasi işin təşkilinin vəziyyəti müzakirə edilib

Ağcabədi, 6 iyul, AZƏRTAC

Laçınlı məcburi köçkünlərin məskunlaşdıqları Ağcabədi rayonunun Taxtakörpü ərazisində keçirilən tədbirdə əhali arasında ideya-siyasi işin təşkili vəziyyəti müzakirə edilib.

AZƏRTAC xəbər verir ki, rayon ictimaiyyətinin nümayəndələri əvvəlcə ümummilli lider Heydər Əliyevin Taxtakörpü qəsəbəsindəki büstü önünə gül dəstələri qoyaraq, dahi rəhbərə ehtiramlarını bildiriblər.

Təhsil şöbəsində davam edən tədbirdə rayon icra hakimiyyəti başçısının müavini - ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Aynurə Həsənova çıxış edərək, ölkəmizdə dövlət quruculuğu, dövlət idarəetmə sisteminin formalaşması və inkişafı proseslərində ümummilli lider Heydər Əliyevin misilsiz xidmətlərindən danışıb. Dövlətimizin təhlükəsizliyi və gələcək inkişafı naminə aparılan ideya-siyasi işin əsaslarının məhz ümummilli lider Heydər Əliyev tərəfindən qoyulduğunu qeyd edərək, Ulu Öndərin ideyalarının 2003-cü ildən etibarən Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirildiyini bildirib.

Tədbirdə “Laçın Rayon İcra Hakimiyyəti başçısı aparatının ictimai-siyasi və humanitar məsələlər şöbəsi tərəfindən rayon əhalisi arasında ideya-siyasi işin təşkili barədə” görülmüş işlərlə bağlı arayış təqdim olunub.

Qeyd olunub ki, ulu öndər Heydər Əliyev irsinin öyrənilməsi və təbliğinin, vətəndaş cəmiyyəti quruculuğunun genişləndiyi və demokratiyanın bərqərar olduğu dövrdə cəmiyyətimizdə gedən proseslərin düzgün qiymətləndirilməsi, Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin hər bir Azərbaycan vətəndaşı tərəfindən dərindən dərk edilməsi ideoloji işin əsasını təşkil edir.

Çıxışlarda ölkəmizin sosial-iqtisadi inkişafından, dünyada gündən-günə artan nüfuzundan da bəhs edilib. Hər bir rayon sakininin öz işi ilə ölkəmizin quruculuğu və inkişafına töhfə verməli olduğu bildirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.