REGİONLAR


Laçın rayonunun ümumtəhsil məktəblərində qışa hazırlıq işləri yekunlaşıb VİDEO

A+ A

Ağcabədi, 3 noyabr, AZƏRTAC

Laçın rayonunun ümumtəhsil məktəblərində qışa hazırlıq işləri yekunlaşıb. Rayon təhsil şöbəsinin nəzdində fəaliyyət göstərən 111 ümumtəhsil müəssisəsinin istiliklə təmin olunması üçün zəruri tədbirlər həyata keçirilib.

Laçın rayon Təhsil Şöbəsindən AZƏRTAC-a bildiriblər ki, məktəblərin 23-ü mərkəzləşdirilmiş istilik sistemi, 34-ü elektrik, 54-ü isə odun sobaları vasitəsilə isidilir. Mərkəzləşdirilmiş istilik sistemi mövcud olan və elektriklə qızdırılan məktəblərə baxış keçirilib, mövcud çatışmazlıqlar aradan qaldırılıb. Digər məktəblərdə odun sobaları qurulub və nəzərdə tutulan odun yanacağı təyinatı üzrə paylanılıb.

Qış fəslində məktəblərin qızdırılmasında heç bir çətinlik yaşanmayacaq.

Qeyd edək ki, Laçın rayonunun ərazisi Ermənistan silahlı qüvvələrinin işğalı altında olduğu üçün rayonun ümumtəhsil məktəbləri laçınlı məcburi köçkünlərin daha çox məskunlaşdıqları şəhər və rayonlarda, o cümlədən Ağcabədi rayonunun Taxtakörpü ərazisində fəaliyyət göstərir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.