REGİONLAR


Laçınlı məcburi köçkünlər pambıqçılıq və baramaçılıqla məşğul olacaqlar

A+ A

Ağcabədi, 24 yanvar, Tahir Ağaməmmədov, AZƏRTAC

Ağcabədi rayonunun Taxtakörpü ərazisində məskunlaşan laçınlı məcburi köçkünlər bu il ilk dəfə olaraq pambıqçılıq və baramaçılıqla məşğul olacaqlar.

Laçın rayon kənd təsərrüfatı idarəsinin rəisi Sahib Quliyev AZƏRTAC-a bildirib ki, ölkəmizdə pambıqçılığın və baramaçılığın inkişafına göstərilən dövlət qayğısı bu sahələrə marağı xeyli artırıb. Laçınlı məcburi köçkünlər bu il 90 hektar sahədə pambıq əkəcəklər. Hazırda pambıq əkiləcək sahələrdə şumlama işləri həyata keçirilir. Sahələrə üzvi və mineral gübrələr verilərək əkin üçün hazırlanır.

Laçınlı məcburi köçkünlər bu ildən pambıqla yanaşı, barama da yetişdirəcəklər. Bunun üçün Taxtakörpü ərazisində 10 hektar sahə ayrılıb və burada Çindən gətirilmiş 10 min ədəd tut tingi əkilib. Məcburi köçkünlərin pambıqçılıq və baramaçılıqla məşğul olması onların rifahının daha da yaxşılaşmasına kömək edəcək.

Qeyd edək ki, Ağcabədi rayonunun Taxtakörpü ərazisində məskunlaşan laçınlı məcburi köçkünlər əsasən heyvandarlıq və taxılçılıqla məşğul olurlar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.