REGİONLAR
Laçınlı məcburi köçkünlərlə görüş
Ağcabədi, 29 sentyabr, AZƏRTAC
Laçın Rayon İcra Hakimiyyətinin nümayəndələri Bakı şəhəri, Binəqədi rayonu ərazisində məskunlaşmış həmyerliləri ilə görüşüb, onların qayğı və problemləri ilə maraqlanıblar.
AZƏRTAC xəbər verir ki, Biləcəri qəsəbəsindəki 45 nömrəli tam orta məktəbdə keçirilən görüşdə rayon icra hakimiyyəti aparatının məsul işçiləri, idarə, müəssisə, təşkilat rəhbərləri, ərazi icra nümayəndələri və laçınlı məcburi köçkünlər iştirak ediblər.
Tədbirdə çıxış edən Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərli məcburi köçkünlərə göstərilən dövlət qayğısından, problemlərinin həlli, sosial rifah və mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlərdən danışıb.
Laçın Rayon İcra Hakimiyyətinin rəhbərliyi məcburi köçkünlərin müraciətlərini dinləyib, problemləri ilə maraqlanıb. 68 nəfər məcburi köçkünün iştirak etdiyi qəbul-görüşdə qaldırılan məsələlərə baxılması üçün aidiyyəti üzrə müvafiq tapşırıqlar verilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.04.2024 [17:45]
Yağış Şamaxıda bəzi fəsadlar törədib VİDEO
- 23.04.2024 [17:33]
Şəkidə ağacəkmə aksiyası keçirilib
- 23.04.2024 [15:42]
Sumqayıt rəssamları Şuşaya səfər ediblər
- 23.04.2024 [14:43]
Naxçıvana 30 qutu ipəkqurdu toxumu gətirilib
- 23.04.2024 [14:14]
Yerli sort qarpız növləri unudulmaqdadır - Saatlıdan reportaj FOTO
- 23.04.2024 [13:57]