REGİONLAR


Lahıca gələn turistlərin sayı artıb VİDEO

İsmayıllı, 8 avqust, AZƏRTAC

İsmayıllı rayonunun Lahıc qəsəbəsinə gələn turistlərin sayı artıb.

Lahıc Tarix-Mədəniyyət Qoruğundan AZƏRTAC-a bildirilib ki, qoruqda 100-dən çox abidə dövlət tərəfindən mühafizə olunur. Beş məscid, Hacı Molla Hüseyn, Hacı Cahanbaxış, Ağa hamamları, qədim kanalizasiya xətti, möhtəşəm “Cavanşir qalası”, 72 otaqlı “Hacı Qurban evi”, qədim dəyirmanlar, habelə əsrarəngiz təbiət turistlərin diqqətini bu yerlərə cəlb edir.

2012-ci ildə Lahıca 1757-si xarici olmaqla, 20 min 841 nəfər turist gəlmişdisə, hazırda onların sayı əhəmiyyətli dərəcədə artıb. 2016-cı ildə buraya 31 min 595 nəfər turist gəlib. Xarici turistlərin sayı isə 4 min 536 nəfər olub. Bu ilin yeddi ayında isə Lahıca 4 min 32-si xarici ölkələrdən olmaqla, 19 min 234 turist səfər edib. Gələn turistlər ən çox Rusiya, BƏƏ, Bəhreyn, Səudiyyə Ərəbistanı, İsrail, İtaliya, Cənubi Koreya, Yaponiya və digər ölkələrdəndir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.