REGİONLAR


Lalə Əliyeva: Bu gün həm ad günümü qeyd etdim, həm də ölkəmizin gələcəyinə səs verdim

A+ A

Gəncə, 26 sentyabr, Rauf Hacıyev, AZƏRTAC

Sentyabrın 26-sı Azərbaycan Respublikasının Konstitusiyasına təklif olunan dəyişikliklərlə bağlı referendumun keçirildiyi mühüm tarixi gün olmaqla bərabər, həm də bir çox gənc tərəfindən xüsusi əlamətdar hadisə kimi qeyd edilib. Belə ki, səsvermədə ilk dəfə iştirak edən Gəncə şəhər sakini Lalə Əliyevanın 18 yaşı referendum günü tamam olub.

AZƏRTAC xəbər verir ki, sentyabrın 26-da doğum gününü qeyd edən Lalə Əliyeva Gəncə şəhəri 39 saylı Kəpəz birinci seçki dairəsinin 9 saylı seçki məntəqəsinə gələrək ümumxalq səsverməsində iştirak edib. İlk dəfə səsvermədə iştirak edən gəncə xatirə hədiyyəsi və Mərkəzi Seçki Komissiyası tərəfindən “İlk dəfə səs verən seçici” vəsiqəsi təqdim olunub.

O, referendumda iştirak etdiyinə və Azərbaycanın davamlı inkişafına səs verdiyinə görə özünü xoşbəxt sandığını deyib: “Bu gün həm ad günümü qeyd etdim, həm də ölkəmizin gələcəyinə səs verdim. 2016-cı ilin bu günü yaddaşımda hər zaman xoş xatirə kimi qalacaq”.

Qeyd edək ki, 38 min 736 seçicinin qeydə alındığı dairədə ilk dəfə səs vermək hüququ əldə edən gənclərin sayı 162 nəfərdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.