Azərbaycan Dövlət İnformasiya Agentliyi

MƏDƏNİYYƏT

Laplandiyada qış nağılı – Santa Klausun vətənindən REPORTAJ

Bakı, 13 yanvar, Ay.Həsənova, E.Şahbalayev, AZƏRTAC

Finlandiyanın qışı çox gözəldir. İstər paytaxt Helsinkidə, istərsə də regionlarda qış vaxtlarında hər yer qara bürünür, amma eyni zamanda 10-15, bəzən isə 25-30 dərəcə şaxta olur. Buna baxmayaraq, ağ örtüyə bürünmüş evlər, küçələr, sakit-sakit yağan qar adamda xoş ovqat oyadır.

Finlandiya yeni il tətilini keçirmək üçün maraqlı ölkədir. Helsinkidə hər yeni il gecəsi əsas meydanda canlı konsert proqramı təşkil olunur, mənfi 10 dərəcəyədək şaxtanın olmasına baxmayaraq, minlərlə insan birlikdə yeni ili qarşılayır. Amma çoxları yeni ildə Finlandiyaya məhz Santa Klausun vətəni olan Laplandiyanı ziyarət etmək üçün gəlir.

Rovaniemi - Santa Klausun rəsmi şəhəri və kəndi

Ölkənin bu mədəni regionunda, Şimal qütb dairəsində Santa Klausun rəsmi şəhəri olan Rovaniemi yerləşir. Bu şəhərin 6000-ə yaxın əhalisi var. Laplandiyaya səyahətimiz də elə Rovaniemidən başladı.

Helsinkidən bura avtobusla 11 saatlıq yol qət etmək lazımdır. Şəhərə təyyarə və qatarla da gəlmək olar. Amma rahat avtobusla səyahət etmək daha məqsədəuyğundur, çünki təyyarə və qatardan xeyli ucuz başa gəlir. Şəhərdə münasib qiymətə otel də tapmaq mümkündür. Şimal qütbünə yaxın olduğu üçün burada səhər saat 11-də açılır, günorta saat 2-də isə hava qaralır. Bu kiçik şəhərdə 1 saat ərzində bütün görməli yerləri gəzmək olar.

Şəhərin mərkəzi küçəsi yeni il bayramında xüsusi bəzədilir. 2006-cı ildə Eurovizion yarışmasında qalib olan “Lordi” rok qrupunun üzvləri də bu şəhərdəndirlər. Onlar üçün bu küçədə abidə də ucaldılıb.

Qışda iqlimi sərt olduğu üçün Rovaniemiyə səyahət etsəniz, özünüzlə mütləq içi isti ayaqqabı, qalın üst geyimləri götürün. Quru şaxta olsa da isti paltarsız açıq havada 15 dəqiqədən çox qalmaq olmur. Xüsusilə də Azərbaycan kimi cənub ölkələrinin sakinləri soyuqdan diskomfort yaşamamaq üçün isti paltarları əksik etməməlidirlər.

Hər il minlərlə turist qış nağılını canlı-canlı yaşamaq üçün bu şəhərə, Santa Klausun evinə gəlir. Santa Klausun kəndi şəhərdən 8 kilometrlik məsafədə yerləşir. Statistikaya görə, bura dünyada ən çox ziyarət olunan turistik yerlərdən biridir.

Kəndin girişində ilk diqqəti cəlb edən yer Santa Klausun poçt xidmətidir. Yüzlərlə insan dostlarına və yaxınlarına məktublar və açıqcalar göndərmək üçün növbəyə dayanır. Dünyanın hər yerindən Santa Klausa gələn məktublar da burada toplanır.

Kənddə uşaqlar üçün suvenirlər, marallarla gəzinti və sairə maraqlı əyləncələr var. Ən əsas məqam isə Santa Klausun yanında olmaqdır. Onun evi kəndin düz mərkəzində yerləşir. Otağa keçmək üçün nağıl qəhrəmanlarının obrazları ilə bəzədilmiş dəhlizdən keçmək lazımdır. Biz də Santa Klausun qəbuluna düşə bildik, ona Azərbaycandan məktub, Bakının simvolu olan Qız Qalası suvenirini və şəkərbura hədiyyə etdik. Santa Klaus Bakıda olduğunu deyəndə biz çox təəccübləndik. Unutmuşduq ki, həqiqi Şaxta Babanın yanındayıq. Bizim təəccübümüzü görüb hazırcavab Santa Klaus Bakıda məhz yeni il gecəsi olduğunu deyəndə anladıq ki, özünün nağıl yox, real Şaxta baba kimi qəbul olunmasını istəyir. O, Azərbaycan uşaqlarına öz istəklərini bizim kamera vasitəsilə çatdıraraq onlara sülh arzuladı, yaxşı oxumağı, valideynlərin sözünə qulaq asmağı tövsiyə etdi.

Şaxta babanın evinə giriş pulsuzdur. Amma içəridə foto çəkməyə icazə verilmir. Yalnız Santa Klausun rəsmi fotoqrafı şəkil çəkir ki, onu da əldə etmək üçün 50 avro ödəmək lazımdır.

Santapark və Arktik Mərkəz

Ümumiyyətlə, Rovaniemi turizmin inkişafına böyük önəm verir. Bizimlə söhbətində şəhər meri Esko Lovonen qeyd etdi ki, ildən ilə bura gələn turistlərin sayı artır. Bu il isə Asiyadan, xüsusilə də Çindən olan ziyarətçilərin sayında çoxalma var. Mer həmçinin Santa Klaus kəndində yeni otelin inşa olunduğunu, xizəkçiliyin də inkişaf etdirildiyini söylədi. Turistlərin təhlükəsizliyi məsələlərinin də diqqətdə olduğunu, ümumən isə buranın sakit bir məkan olduğunu qeyd edən Esko Lovonen Rovaniemidə cənub ölkəsi olan Azərbaycan turistləri üçün maraqlı olacağını dedi. O burada yayın da ecazkar keçdiyini, günün işıqlı vaxtlarının 20 saat davam etdiyini söylədi. Mer Azərbaycanda da turizm sektorunun inkişaf etdirilməsindən xəbərdar olduğunu bildirdi.

Rovaniemidə digər maraqlı məkan isə Santaparkdır. Burada uşaqlar üçün canlı səhnəciklər, konsert proqramları təqdim olunur. İcraçı direktor İlkka Lankinen Santaparkın 1997-ci ildən fəaliyyət göstərdiyini, qış ayları ilə yanaşı, yayda da işini dayandırmadığını dedi. Buraya əsasən Rusiya, Çin, Avropa ölkələrindən turistlərin gəldiyini bildirən Lankinen Azərbaycandan da ziyarətçilərin olduğunu söylədi.

Rovanieminin görməli yerlərindən biri də Ounasyoki çayı sahilində qeyr-adi memarlıq üslubuna malik Arktik Mərkəzidir. Finlandiyanın Xarici İşlər Nazirliyinin Rovaniemidəki nümayəndəsi, bizi səfər boyu müşayiət edən Marti Ruokolaynenin sözlərinə görə, muzeydə arktik şimalın yerli sakinləri, Laplandiyanın tarixi, mədəniyyəti və təbiəti haqqında eksponatlar və məlumatlar əks olunub. O, Rovaniemi şəhərinin ikinci dünya müharibəsi zamanı almanlar tərəfindən dağıdıldığını və sonra yenidən bərpa olunduğunu söylədi, bütün bunlar və həmçinin yerli sakinlər olan saamların həyat tərzi haqqında maraqlı əşyaların muzeydə nümayiş olunduğunu qeyd etdi.

Laplandiya nağıllardan hər kəsin yaddaşında mifik bir məkan kimi qalsa da finlər bu nağılı reallığa çevirərək həm uşaqlara, həm də böyüklərə xoş günlər yaşatmağa nail olublar. Odur ki, qış nağılı üçün Laplandiyanı ziyarət etməyə dəyər.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Ukraynada ağır cinayət törətməmiş məhbuslar səfərbərliyə cəlb olunacaqlar

Ötən ay dünyada “ən isti aprel” kimi qeydə alınıb

Britaniyada növbəti deputat Leyboristlər Partiyasına keçib

Nəcəf Cəfərli: ADA Universitetinin dəstəyi ilə “MacFrut” sərgisində iştirak edirik

İnkişafa və sabitliyə hesablanan Azərbaycan-Slovakiya əməkdaşlığı ŞƏRH

Çempionlar Liqası: “Real Madrid” geri dönüş edərək finala yüksəlib

Səfir: ADA və Bolonya universitetlərinin birgə layihəsi kənd təsərrüfatı mütəxəssislərin hazırlanmasında xüsusi önəm daşıyır

Kubada Ulu Öndər Heydər Əliyevin 101 illiyi münasibətilə tədbir təşkil edilib

Konfrans Liqasında ilk finalçı bəlli olub

Rusiyanın Londondakı hərbi attaşesi ölkədən çıxarılıb

“Paris 2024” Yay Olimpiya Oyunlarının məşəli Marselə gətirilib

Azərbaycan Basketbol Liqası: “Xəzri” seriyanın ilk oyununda qalib gəlib

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü Abşeron rayonunda qeyd edilib

Xətai rayonunda Milli Qəhrəman İlqar Mirzəyevin büstünün açılışı olub

Ermənistan KTMT-ni maliyyələşdirməkdən imtina edib

Pentaqon: ABŞ qoşunları Nigerdən çıxarılacaq

Vüqar Dəmirbəylinin Dəli Alı haqqında tarixi romanı çapdan çıxıb

Sumqayıtda özünü qazi kimi təqdim edən dələduz saxlanılıb

ABŞ-ın müdafiə naziri İsrailə silah tədarükünün təxirə salındığını təsdiqləyib

“Azərpoçt” sabah xüsusi rejimdə fəaliyyət göstərəcək

Hərbi Dəniz Qüvvələrinin hərbi hissəsinin yaranması günü qeyd edilib

Marneulidə ADA Universitetinin soydaşlarımız üçün təklif etdiyi magistr proqramlarının təqdimatı keçirilib

Masallıda Ümummilli Liderin həssas kateqoriyadan olanlara daim xüsusi qayğı ilə yanaşdığı xatırlanıb

Moskvada Avrasiya İqtisadi İttifaqının yubiley sammiti keçirilir

Türkiyə və Azərbaycan prezidentlərinin qətiyyəti, iradəsi və dostluğu əməkdaşlığın təşviqində həlledici rol oynayır

Ankarada Azərbaycan-Türkiyə biznes forumu keçirilib

Ali Məclisin plenar iclasında hökumətin hesabatı dinlənilib

Azərbaycanda “Qızıl Şah” IV Milli Kulinariya Çempionatı keçiriləcək

Marneulidə “Əsrin yadigarı – Heydər Əliyev” kitabının təqdimatı keçirilib

“Peşəkarlarla görüş”də qida sahəsində gigiyena tələbləri barədə məlumat verilib

Azərbaycan-İsrail əməkdaşlığının cari vəziyyəti və perspektivləri müzakirə edilib

Naxçıvanda Kitab festivalı keçirilir

Faşizm üzərində Qələbədə Azərbaycan xalqının və Bakı neftinin böyük rolu olub - RƏY

Bolqarıstanın sabiq nazir müavini: Bizim üçün Azərbaycan qazının tədarükünün artırılması enerji təhlükəsizliyimizin açarıdır - MÜSAHİBƏ

Qida Təhlükəsizliyi Agentliyi COP29 tədbiri ilə bağlı növbəti təlim keçirib

“Le Figaro”: Azərbaycan ilə Ermənistan arasında sülh müqaviləsinin COP29-dan əvvəl imzalanması simvolik hadisə ola bilər

DGK: Avtomobil ehtiyat hissələrinin qanunsuz gətirilməsinin qarşısı alınıb

“Heydər Əliyev və elmi potensialın inkişaf dinamikası” - respublika elmi konfransı

Mərakeşin COP29-da iştirakı ilə bağlı fikir mübadiləsi aparılıb

BDU-da Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr edilmiş konfrans

Seysmoloji Xidmət Mərkəzində Ulu Öndərin anadan olmasının 101-ci ildönümünə həsr edilmiş tədbir keçirilib

Azərbaycan tikinti şirkətlərinin İraqda aparılan quruculuq işlərində iştirakı müzakirə edilib

Azərbaycan Çində beynəlxalq mədəniyyət festivalında təmsil olunub

10 May: məziyyəti, məsuliyyəti, müjdəsi...

İlahiyyat İnstitutunun əməkdaşı Gürcüstanda beynəlxalq elmi konfransda iştirak edib

Gürcüstan DİN ölkədə aksiya keçirmək istəyənlərə sərt xəbərdarlıq edib

Sabah “ASAN xidmət” və “ASAN kommunal” mərkəzlərində qeyri-iş günü olacaq

Naxçıvanda Ulu Öndərin 101 illiyi və Naxçıvanın 100 illiyi ilə bağlı konfrans və vəkilliyə namizədlərin təntənəli andiçmə mərasimi keçirilib

Beynəlxalq İşəgötürənlər Təşkilatı ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi arasında əməkdaşlıq müzakirə edilib

Bosniya və Herseqovinanın Rəyasət Heyətinin üzvü COP29-a dəvət olunub

YAP Mərkəzi Aparatında Vyetnam-Azərbaycan və Laos-Azərbaycan dostluq qruplarının üzvləri ilə görüş olub

Sloveniyada Azərbaycanın igid oğlu Mehdi Hüseynzadənin xatirəsi anılıb

Əqli Mülkiyyət Agentliyində Sənaye Mülkiyyəti Obyektlərinin “Açıq reyestri”nin fəaliyyəti yenilənib

Gürcüstanda təbii fəlakət nəticəsində bir nəfər ölüb, bir nəfər itkin düşüb

Dərman müalicəsinin nanohissəciklərlə dəyişdirilməsi istiqamətində tədqiqatlar aparılır

Bakıda Azərbaycan-Bolqarıstan biznes forumu keçirilib VİDEO

Heydər Əliyev irsində Azərbaycan tarixinin aktual məsələləri – dəyirmi masa

Təhsildə sosial iş xidmətinin həssas qruplara təsiri müzakirə olunub

Bolqarıstan Prezidenti Rumen Radevin Azərbaycana rəsmi səfəri başa çatıb

Narkotik vasitələri paytaxt ərazisində müxtəlif ünvanlara yerləşdirən şəxslər saxlanılıblar

Milli Məclisin sədri Sahibə Qafarova Bolqarıstan Prezidenti Rumen Radevlə görüşüb

® “Kapital Bank”la avtomobil arzunuza çatmaq daha asandır

Lisenziya turniri: Azərbaycan güləşçilərinin ilk rəqibləri bəlli olub

EMTA BSU-da “Yaşıl enerjiyə keçid” mövzusunda seminar təşkil edib

Bu günədək sənaye zonalarında istehsal olunan məhsullar 70-dən çox ölkəyə ixrac edilib

Silahsız özünümüdafiə və əlbəyaxa döyüş üzrə respublika çempionatında 86 polis əməkdaşı mübarizə aparıb

“Ulu Öndərin işığında” kitabının təqdimatı olub

Bolqarıstan Prezidenti və xanımı Milli Gimnastika Arenası ilə tanış olublar

Sahibə Qafarova: Parlamentlərin qarşılıqlı fəaliyyəti Azərbaycan-Bolqarıstan münasibətlərinə müsbət təsir göstərən amillərdəndir

Rumen Radev: Bolqarıstan-Azərbaycan əməkdaşlığı Avropanın enerji təhlükəsizliyinə töhfə verir

UNEC-də Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü qeyd olunub

AZPROMO: Məqsədimiz Azərbaycanın kənd təsərrüfatı məhsullarının Avropa bazarına çıxışını dəstəkləməkdir

Ağdam kəhrizlərində mikrobioloji tədqiqatlar aparılır

Baş nazir Əli Əsədov Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə görüşüb

“Heydər Əliyev ideyaları və müasir Azərbaycan” mövzusunda elmi-nəzəri konfrans keçirilib

Qafqazşünaslıq İnstitutunda Ulu Öndər Heydər Əliyevə həsr olunmuş kitab təqdimatı və sərgi keçirilib

Nəsimi rayonunda narkotiklərin satışı ilə məşğul olanlar saxlanılıblar

“İçərişəhərim” rəsm müsabiqəsinin vaxtı uzadılıb

Qusarda qəza törədən avtomobil rabitə dirəyini aşırıb

Nərimanov rayonundakı bazarda bəzi məhsulların satış sahələrinə məhdudiyyət qoyulub

Dünyada hidrogen yanacağı ilə çalışan ilk yaxta suya buraxılıb

Dövlət Proqramı İdarəetmə Qrupu aprel üzrə vətəndaş müraciətlərinin statistikasını açıqlayıb

Azərbaycan Silahlı Qüvvələrinin yaradıcısı Ulu Öndər həmişə dərin hörmət və ehtiramla anılır

Yaponiyada komiks tərcüməsi üçün süni intellektdən istifadə ediləcək

Fizika İnstitutunda Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101 illiyinə həsr edilmiş tədbir keçirilib

Təbriz qəzeti Ulu Öndər Heydər Əliyevə həsr olunmuş məqalə dərc edib

Süni intellekt və yeni inkişaf meyarları

Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinə “Açıq qapı” günü təşkil olunacaq

ADPU-da tədbir: “Əbədi ömrün ikinci yüzilliyi”

Dövlət Proqramı çərçivəsində xaricdə bakalavriat və magistratura təhsili – vebinar

Azərbaycan Bəstəkarlar İttifaqında Ulu Öndərin anadan olmasının 101-ci ildönümü ilə əlaqədar tədbir keçirilib

Azərbaycan Premyer Liqasında XXXV turun oyun cədvəli açıqlanıb

Ankarada Azərbaycan ilə Türkiyə arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın iclası keçirilib VİDEO

Gəncədə “Yaradıcı müzakirələr” keçirilir

“Qalatasaray”ın hücumçusu bu mövsüm ən çox məhsuldar ötürmə edən futbolçudur

Prezident İlham Əliyev və Prezident Rumen Radev mətbuata bəyanatlarla çıxış ediblər YENİLƏNİB-2 VİDEO

Varis Yolçiyev: “BOOKFEST” Naxçıvan Kitab Sərgisinin təşkili təqdirəlayiq addımdır

Koreyada təhsil alan azərbaycanlı tələbələr üçün magistraturaya qəbul imtahanı keçirilib

ADA və Bolonya universitetlərinin “Dayanıqlı bağçılıq sistemləri” mövzusundakı birgə sertifikat proqramı “MacFrut” sərgisində VİDEO

Ulu Öndərin siyasi kursunun davamçısı Prezident İlham Əliyevin müdrik rəhbərliyi ilə Azərbaycan qüdrətli dövlətə çevrilib