CƏMİYYƏT


Latın amerikalıların qanı gec qocalır

A+ A

Bakı, 17 avqust, AZƏRTAC

AZƏRTAC “RİA Novosti” agentliyinə istinadla xəbər verir ki, Kaliforniya Universitetinin tədqiqatçıları Latin Amerikası etnik qrupuna aid xalqların daha gec qocaldığını müəyyən ediblər.

Genetika professoru Stiv Horvat deyib: “Latın amerikalılar diabetdən və digər xəstəliklərdən əziyyət çəksələr də, onlar avropalılardan çox yaşayırlar. Alimlər bunu “Latın Amerikası paradoksu” adlandırırlar”.

S.Horvatın sözlərinə görə, tədqiqat göstərir ki, latın amerikalılar molekulyar səviyyədə daha gec qocalırlar.

Genetika professoru və həmkarları təqribən 6 min nəfərin DNT nümunələri əsasında 18 məlumat dəstinin təhlilini aparıblar. Sınaqdan keçirilənlər arasında yeddi etnik qrupun nümayəndələri olub: iki Afrika qrupu, afroamerikalılar, avropalılar, Şərqi Asiya sakinləri, latın amerikalılar və latın amerikalılarla bağlı daha bir genetik qrup.

DNT nümunələrinin tədqiqi zamanı alimlər etnik mənşə ilə bağlı fərqlərdən heyrətə gəliblər. Tədqiqatçılar latın amerikalıların qanının daha gec qocaldığını müəyyən ediblər.

S.Horvat digər insan toxumalarının qocalma sürətini öyrənməyi və latın amerikalıları qocalıqdan qoruyan molekulyar mexanizmi müəyyən etməyi də planlaşdırır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.