DÜNYA


“Latviya Bankı” qızıldan yeni kolleksiya sikkəsi buraxacaq

A+ A

Bakı, 10 noyabr, AZƏRTAC

“Latviya Bankı” satışa 5 avro nominalında qızıldan yeni kolleksiya sikkəsi buraxacaq. Sikkə Latviyanın 100 illiyinə həsr olunub.

AZƏRTAC “banks.eu" saytına istinadla xəbər verir ki, sikkənin dizaynı İnqun Elerə, gips modeli Solvita Rulliyə məxsusdur. Avstriyanın "Münze Österreich Aktiengesellschaft” sikkəxanasında zərb olunan sikkənin tirajı 7 min nüsxədir. Sikkənin dəyəri Latviya Bankının ofislərində 170 avro təşkil edəcək.

“Latviya Bankı”, həmçinin nal formasında yeni sikkə buraxmağı da planlaşdırır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.