DÜNYA
Latviya Bankı unikal sikkə buraxır: gümüş üzük içində şəffaf disk
Bakı, 24 dekabr, AZƏRTAC
Latviya Bankı texniki icrasına görə unikal 5 avro nominallı “Yer kürəsi” yeni kolleksiya sikkəsini dövriyyəyə buraxacaq. O, “Perlucor” şəffaf keramik materialından hazırlanıb. Gümüş üzüklə haşiyələnmiş sikkənin mərkəzində Yer kürəsinin təsviri var.
Sikkənin qiyməti 85 avrodur və beş min nüsxə tirajla buraxılıb.
Yeni pulun dizayn müəllifi Martsis Kalninşdir. Sikkə Litvanın “Lietuvos Monetu Kalykla” sikkəxanasında hazırlanıb.
Bu, Latviya Bankı tərəfindən cari ildə buraxılan yeddi kolleksiya sikkəsindən sonuncusudur.
Nigar Cəfərli
AZƏRTAC-ın xüsusi müxbiri
Riqa
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 25.04.2024 [20:29]
Böyük Britaniya İrana qarşı yeni sanksiyalar tətbiq edib
- 25.04.2024 [20:16]
Gürcüstan müxalifəti yeni mitinq elan edib
- 25.04.2024 [19:04]
Çin “Şencou-18” kosmik missiyasını uğurla orbitə çıxarıb
- 25.04.2024 [18:04]
Gürcüstan prokurorluğu genişmiqyaslı transmilli cinayətin üstünü açıb
- 25.04.2024 [17:57]
Avropa Parlamenti Gürcüstanla bağlı qətnamə qəbul edib
- 25.04.2024 [16:31]