DÜNYA


Latviya Bankı üzərində nimçə təsviri olan kolleksiya sikkələri buraxır

A+ A

Bakı, 8 oktyabr, AZƏRTAC

Latviya sikkəxanası üzərində nimçə təsviri olan 5 avro nominalında ikinci partiya kolleksiya sikkələri hazırlayıb.

AZƏRTAC “banks.eu” saytına istinadla xəbər verir ki, kolleksiya sikkələrində "Rəqs" rəsmi olan nimçə təsvir edilib. Müəllifi məşhur latviyalı rəssam Roman Sutdur. Oktyabrın 11-dən Latviya Bankının kassalarında sikkələrin satışına başlanılacaq. Bir sikkənin qiyməti 53 avro təşkil edir. Sikkələrin ümumi sayı 5 min ədəddir.

Qeyd edək ki, bu ilin iyulunda Latviya Bankı üzərində inək təsviri olan 2 avro nominalında xatirə sikkələri buraxıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.