DÜNYA


Latviya Mərkəzi Bankı "Milli sahibkar" adlı xatirə sikkələri buraxıb

A+ A

Bakı, 17 sentyabr, AZƏRTAC

Latviya Mərkəzi Bankı "Milli sahibkar" adlanan yeni gümüş xatirə sikkələri buraxıb. Xatirə sikkələri ölkənin iqtisadi müstəqilliyinin möhkəmləndirilməsində latviyalı sahibkarların əldə etdiyi nailiyyətlərə həsr olunub.

AZƏRTAC “banks.eu” saytına istinadla xəbər verir ki, sikkənin tirajı 3 min nüsxədir. Bunun 1,5 mini sikkələrin dizayn konsepsiyasının həyata keçirilməsində iştirak edən Latviya Ticarət-Sənaye Palatası üçün ehtiyat saxlanılıb. Bu sikkənin min ədədi isə "Arers Armand Qarkans" tikinti şirkətinin sahibinə topdansatış qiymətə - biri 60 avroya satılıb.

Sikkənin qrafik dizaynının müəllifi Paulis Liepadır, gips modelini isə İvars Drulle yaradıb. Sikkənin qiyməti Latviya Bankının kassasında 67 avroya satılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.